...

“Cahan Holdinq” Türkiyənin zəlzələ bölgəsinə 40 tona yaxın yardım göndərdi (FOTO)

Gündəm Materials 11 Fevral 2023 12:35 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın qabaqcıl şirkətlərindən olan “Cahan Holdinq” 9 fevral, 2023-cü il tarixində Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə 40 tona yaxın yardım göndərib.

Qardaş Türkiyədə 6 fevral, 2023-ci il tarixində baş vermiş güclü zəlzələdən əziyyət çəkən bacı və qardaşlarımıza çətin gündə dəstək olmaq məqsədilə hər kəs kimi “Cahan Holdinq”in sıravi işçiləri və rəhbər heyəti də səfərbər olaraq insanların gündəlik istifadəsi üçün lazım olan ləvazimatlar, qida, qış geyimləri və soyuq hava şəraitində istifadə olunan digər ləvazimatlar toplayıblar. Toplanmış yardım TİR-lar vasitəsilə Naxçıvan şəhərindən Türkiyəyə yola salınıb.

“Cahan Holdinq” heyəti zəlzələdə həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, türk xalqına səbr diləyir.

Xəbər lenti

Xəbər lenti