...

SOCAR Türkiye "Trabzonspor"un sponsoru ola biləcəyi barədə xəbərləri təkzib edib

Gündəm Materials 28 Mart 2023 20:54 (UTC +04:00)

Bakı. Trend:

SOCAR Türkiye şirkətin "Trabzonspor" futbol klubunun sponsoru ola biləcəyi barədə yayılan xəbərləri təkzib edib.

Trend xəbər verir ki, bu barədə SOCAR Türkiye-nin tvitter hesabında qeyd edilib.

"Son günlərdə bəzi xəbər saytlarında SOCAR Türkiye-nin futbol klubları sponsorluğuna yönəlik çıxan xəbərlər reallığı əks etdirmir. SOCAR Türkiye olaraq sponsorluq strategiyası çərçivəsində hər hansı bir futbol klubuna sponsor olma istiqamətində bir planımız yoxdur. Reallığı əks etdirməyən belə xəbərlərə etibar edilməməsini xahiş edirik", - deyə məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti