...

Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı 325 nəfər həbs edilib

Gündəm Materials 28 Mart 2023 22:04 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə zəlzələ hadisəsində binaların dağılması ilə bağlı iş üzrə 325 nəfər həbs edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə ədliyyə naziri Bekir Bozdağ deyib.

Nazir həmçinin bildirib ki, araşdırmalar çərçivəsində 1552 nəfər barəsində istintaq hərəkətləri başlanılıb.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti