Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq.
Trend-in məlumatınaq görə, bunula bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur.
Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional
islahatlar prokurorluq orqanlarının struktur qruluşunun
təkmilləşdirilməsinə səbəb olacaq.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.