...

Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir - RƏSMİ

Gündəm Materials 8 Aprel 2023 11:57 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir - RƏSMİ
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, müqaviləyə əsasən Formula 1 Azərbaycan Qran Prisinin sonuncu ilidir.

“Ancaq müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

Ümidvarıq ki, Azərbaycan Qran Prisi keçirilməyə davam edəcək. Çünki Formula 1-in iqtisadi və sosial baxımdan faydaları çoxdur. Danışıqlar barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək”- T. Teymurov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti