Tərtər. Trend:
Bu gün Tərtər şəhər sakini 20 yaşlı Leyla Məhərrəmovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin səbəbi məlum olub.
L. Məhərrəmovanın yaxınlarının Trend-in yerli müxbirinə verdiyi məlumata görə, 23 yaşlı Sahib Əlizadə həyat yoldaşının ondan ayrılmasını istəmədiyi üçün qətlə yetirib.
S, Əlizadə, ər evindən ayrılıb atası evinə gələn L. Məhərrəmovanı öldürdükdən sonra, qaynanası Zülfiyyə Məhərrəmovaya da bıçaqla xəsarət yetirib.
Mərhumun qohumları Trend-ə açıqlamasaında bildirib ki, Leyla Məhərrəmova dəfələrlə əri tərəfindən şiddətə məruz qalırdı:
“Bizə zəng vurdular ki, Leylanı bıçaqlayıblar gəlin. Biz xəstəxanaya çatanda Leyla artıq ölmüşdü. Sahib 2 gün əvvə ldə gəlmişdi. Deyirdi ki, o, məndən ayrılsa, cehizini gətirsən mən Leylanı öldürəcəm. Bu gün də gəlib, ki Leyla ilə görüşəcəm Anası da fikirləşib ki, ailədir də bəlkə şəxsi söhbətləri var. Anası çəkilən kimi qıza mətbəx bıçağı ilə 8 dənə zərbə vurub. Sonrada hadisə yerindən qaçıb. Onların 1 yaş yarımlıq oğlan övladları var idi, oda qaldı kimsəsiz. Deyilənə görə oğlanın psixoloji problemi var. Bunların arasında tez-tez münaqişə baş verirdi, qızı döyürdü, qızda gəlirdi evə. Sonrada oğlan gəlib qızı hədələyərək aparırdı".
Qeyd edək ki, Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.