...

Bu seçki ölkəmizin gələcəyi baxımından mühüm töhfələr verəcək - Akar

Gündəm Materials 14 May 2023 13:45 (UTC +04:00)
Bu seçki ölkəmizin gələcəyi baxımından mühüm töhfələr verəcək - Akar

Bakı. Trend:

Bu seçki ölkəmizin gələcəyi və təhlükəsizliyi baxımından mühüm töhfələr verəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Təhlükəsizlik naziri Hulusi Akar Kayseri şəhərində keçirilən seçkilərdə iştirak edərkən bildirib.

Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident və parlament seçkilərində səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprel ayının 27-dən may ayının 9-dək səs vermədə iştirak ediblər.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.

Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermə 73 ölkədə və 156 diplomatik səsvermə dairəsində keçirilib.

Türkiyədə 191 mindən çox seçki qutusu qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti