...

Türkiyə prezidenti seçkilərinin ikinci turunun səsverməsi Azərbaycanda başa çatıb

Gündəm Materials 23 May 2023 00:08 (UTC +04:00)
Türkiyə prezidenti seçkilərinin ikinci turunun səsverməsi Azərbaycanda başa çatıb

Bakı. Trend:

Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarında prezident seçkilərinin ikinci turu üçün 3 gün davam edən səsvermə prosesi saat 22:00-da başa çatdıqdan sonra qutular bağlanıb.

Trend Türkiyə KİV-ə istinadla xəbər verir ki, müvafiq seçki bülletenləri və zərflər seçki qutularına qoyulub və seçki qutusu komissiyalarının üzvlərinin və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib.

Səsvermə torbaları da diplomatik çantalara qoyularaq səfirlikdə saxlanılıb. Çantalar diplomatik kuryer vasitəsilə Türkiyəyə aparılacaq. Türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusunda səs verib.

Azərbaycanda 11 043 nəfər, Bakı səfirliyində 7 417, Gəncə konsulluğunda 2 277, Naxçıvan konsulluğunda isə 1 349 seçici qeydiyyatdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti