Bakı. Trend:
Bakıda taksi xidmətləri bahalaşacaq.
Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, taksi fəaliyyəti ilə bağlı yeni tələblərin qoyulması qiymətlərin artımına səbəb olacaq.
“Biz bu tələbləri qoyandan sonra qiymət qalxacaq”, - deyə nazir bildirib.
Qeyd edək ki, qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən, taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları, buraxılış kartları, buraxılış vəsiqələri və digər tələblər müəyyən edilir.