...

“Facebook”da birdən çox hesab əlavə etmək funksiyası gəlir

Gündəm Materials 22 Sentyabr 2023 10:05 (UTC +04:00)
“Facebook”da birdən çox hesab əlavə etmək funksiyası gəlir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Facebook”da birdən çox şəxsi hesab açmaq mümkün olacaq.

Trend-in məlumatına görə, istifadəçi istəsə, əsas hesaba bağlı 4 müxtəlif şəxsi profil hesabı aça bilər.

Bu profil hesabları arasında daxil olub çıxmağa ehtiyac yoxdur. Siz asanlıqla profillər arasında keçid edə bilərsiniz.

Beləliklə, istifadəçilər öz profillərini öz maraqlarına uyğun idarə edə, yazılarını hədəf auditoriyasına uyğun tənzimləyə biləcəklər.

Qeyd edək ki, çoxhesablı xüsusiyyətin yaxın aylarda hər kəs tərəfindən istifadə ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti