Bakı. Trend:
İstanbuldan uçuşların bir hissəsi ləğv edilib.
Trend xəbər verir ki, bu barədə Türk Hava Yollarının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, şəbəkə infrastrukturunda yaranan problem səbəbindən bilet satışı və rezervasiya əməliyyatlarında fasilələr yaranıb:
"Bu səbəbdən İstanbuldan 19.00-22.00 saatları arasında olan bütün uçuşlar ləğv olunub".
"Şəbəkə infrastrukturunda yaranan problemlər səbəbindən biletlərin satışı və rezervasiya proseslərində fasilələr yaranır. Problemin həlli və sərnişinlərimizin zərər çəkməsinin qarşısının alınması üçün lazımi işlər görülür.Baş verən narahatlığa görə üzr istəyirik. Vəziyyətlə bağlı sizə məlumat verəcəyik”, - THY-nin məlumatında deyilir.