Bakı. Trend:
Ağdamda əkin sahəsinə baxış zamanı daha bir qəbir aşkarlanıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Ağdam rayonu icra başçısı Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Quliyev açıqlamasında bildirib ki, hadisə yerinə cəlb olunan hüquq mühafizə orqanlarının əməkdaşlarının ərazidə apardığı araşdırmalar nəticəsində daha bir qəbirdə insan skletinin qalıqları üzə çıxıb. Hazırda Ağdam rayon polis şöbəsinin əməkdaşları ərazidə şumlama işlərin dayandırıb.
Qeyd edək ki, sözügedən ərazidə bugünədək qədim yaşayış məntəqəsinin olmağı barədə heç bir tarixi fakt qeydə alınmayıb.
XXX
Saat 15:15
Ağdamda əkin sahəsində qəbir aşkarlanıb.
Trend xəbər verir ki, rayonun Mirəşəlli kəndində kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən ərazidən böyük daş parçası çıxıb və əkin sahəsində məzara olduğu məlum olunub.
Ağdam rayonu icra başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev bildirib ki, əraziyə hüquq mühavizə orqanları baxış keçirib.
Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid uzunluğu 1.90 metr eni 0.60 metr olan antiq qəbirdir.