Bakı. Trend:
Acı xatirələrlə tərk etdiyim Zabux kəndini sevə-sevə gəzəcəyəm.
Bunu Trend-ə açıqlamasında Laçın rayonunun Zabux kənd sakini Səadət Quliyeva deyib.
Onun sözlərinə görə, Zabuxu iki uşaq qucağında tərk edib.
"Valideynlərim həsrəti ilə vəfat ediblər. Buna görə kədərlənirəm. Sevinirəm ki, öz yurduma qayıdıram. Zabux kəndi mənim üçün elə böyük şəhər təəssüratı yaradır", - deyə o qeyd edib.
Qeyd edək ki, bugünkü (18.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 71 ailə (291 nəfər) köçürülüb.