...

Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir

Gündəm Materials 20 Noyabr 2023 09:40 (UTC +04:00)

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir.

“Açıq qapı” günü abituriyentlər:

- 2024/2025-cü tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;

- filialın filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr səviyyələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;

- qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcək.

Abituriyentlər üçün həm də filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.

“Açıq qapı” günü 2 dekabr 2023-cü il tarixində saat 14:00-da keçiriləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 133 ("Elmlər Akademiyası" metrostansiyasının yaxınlığı).

Tədbir bitdikdən sonra (15:30) universitetinin kampusuna ekskursiya təşkil ediləcək.

Əlaqə telefonu: (012) 598 93 32

Xəbər lenti

Xəbər lenti