...

Bəzi yerlərdə mina xətti ilə kənd arasında məsafə 50-70 metrdir - Ramil Əzizov

Gündəm Materials 30 Noyabr 2023 14:30 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün işğaldan azad olunmuş ərazilərimiz ciddi şəkildə mina basdırılmasına məruz qalıb.

Trend xəbər verir ki, bunu “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda ANAMA-nın maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov deyib.

O qeyd edib ki, əvvəllər təmas xətti adlandırılan ərazilər boyu bu gün 300 minə yaxın vətəndaşımız məskunlaşıb.

"Bəzi kəndlər var ki, orada mina xətti ilə həmin kənd arasında məsafə 50-70 metrdir. Vətən Müharibəsindən sonra 337 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub və yaxud müxtəlif dərəcəli bədən xəsarətləri alıb.”

İdarə rəsi bildirib ki, 1991-ci ildən bu yana 3415 vətəndaşımız mina partlayışları nəticəsində həlak olmuş və yaxud bədən xəsarətləri alıb.

"Bu minaların Ermənistanda istehsal edilməsi artıq təsdiq edilib. Ərazilərimiz təkcə minalarla çirkləndirilməyib. Həmçinin meşələrdə, məzarlıqlarda, çay kənarlarında və s. ağıllarına gələn istənilən partlayıcı sursat və qurğular müxtəlif məişət əşyalarına quraşdırılmaqla təhdidlər yaradır", -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti