Bakı. Trend:
“WhatsApp”a bir və daha artıq hesabı necə əlavə etmək mümkündür.
Trend bunun yolunu təqdim edir:
1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.
2. Növbəti ekranda Profil adının sağ hissəsindəki olan xanaya kilikləyin.
3. Daha sonra aşağıda "Hesab əlavə et" seçimi ilə artıq bir tətbiqdə nömrə ilə iki və daha çox hesab əlavə etmək mümkündür.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.