Bakı. Trend:
Alyans Ukraynaya döyüş hissələri göndərmək niyyətində deyil.
Trend-in məlumatına görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“NATO müttəfiqləri Ukraynaya əhəmiyyətli hərbi dəstək göstərir. Biz bu fəaliyyəti daha da gücləndirməliyik. Xüsusilə də bu ölkəyə hava hücumundan müdafiə sistemləri göndərməliyik”, - deyə Baş katib qeyd edib.