...

Qazaxın azad olunan kəndlərindən görüntülər (FOTO/VİDEO) (YENİLƏNİB)

Gündəm Materials 28 May 2024 15:59 (UTC +04:00)
Qazaxın azad olunan kəndlərindən görüntülər (FOTO/VİDEO) (YENİLƏNİB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Qazax. Trend:

Media nümayəndələri Qazaxın işğaldan azad olunmuş Qızılhacılı kəndindən sonra Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərində olublar.

Trend-in Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, mediatur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə baş tutub. Media nümayəndələri sərhədçilərin xidməti ilə yerində tanış olublar.

Burada erməniləri törədikləri vandalizmini yaxın görüblər. Jurnalistlər kənddə dağıdılmış evlərlə tanış olublar.

xxx

13:39

Xəbər verdiyimiz kimi, Qazaxın 30 ildən sonra işğaldan azad olunan kəndlərinə jurnalistlərin səfəri başlayıb.

Trend-in Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, media nümayəndələri artıq Qazaxın işğaldan azad olunan Qızılhacılı kəndindədirlər.

Media tur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutub. Səfər zamanı ərazi barəsində media nümayəndələrinə ətraflı məlumat verilir.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

FOTO/VİDEO - Zaur Mustafayev

Xəbər lenti

Xəbər lenti