...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Gündəm Materials 9 İyul 2024 12:05 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"WhatsApp"ın "Android beta" versiyasına süni intellektlə foto redaktə funksiyası əlavə olunub.

Trend-in məlumatına görə, bu funksiya sayəsində istifadəçilər artıq süni intellektlə fotoları redaktə edə biləcəklər.

Məlumata görə, söhbətdə + simvolunun yerləşdiyi yerdə "Imagine” düyməsi əlavə ediləcək. Həmçinin istifadəçilər bu şəkilləri qarşı tərəfə də göndərə biləcəklər.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti