...

Kiberbullinq nədir?

Gündəm Materials 25 İyul 2024 15:00 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kiberbullinq onlayn mühitdə başqasına qarşı psixoloji təzyiq göstərmək, qorxutmaq, qəzəbləndirmək, utandırmaq məqsədi daşıyan və təkrarlanan davranışlardır.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Uşaqlar bundan yayınmaq üçün nələrə əməl etməlidir?

1) Onlayn mühitdə tanımadıqları şəxslərlə üsniyyətdən çəkinməli;

2) Sosial mediada tanımadığı şəxslərdən gələn dostluq təkliflərini qəbul etməməli və şübhəli mesajlar atdıqda dərhal bloklamalı;

3) Zərərli məzmunla qarşılaşdıqları zaman bunu sosial şəbəkə inzibatçılarına bildirməli;

4) Qərarsız qaldıqları zaman böyüklərlə məsləhətləşməli.

Valideynlər hansı məqamlara diqqət yetirməlidir?

1) Övladınızın sosial media hesablarında məxfiliklə bağlı tənzimləmələri nəzərdən keçirin və fərdi məlumatlarının kim üçün əlçatan olduğunu müəyyən edin;

2) Platformaların valideyn nəzarəti, məzmun filtrasiyası kimi funksiyalarından yararlanın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti