...

Neymar kompüterdə 11345 saat oyun oynayıb

Gündəm Materials 13 Fevral 2025 19:57 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyalı futbol ulduzu Neymarın “Counter-Strike 2” oyununa marağı təəccüblü həddə çatıb.

Trend xəbər verir ki, ulduz oyunçunun məşhur FPS oyununda 11 min 345 saat keçirdiyi məlum olub.

Bu, bir ildən çox fasiləsiz oyuna bərabərdir.

Futbolçu karyerası boyunca meydanda ciddi təsir bağışlayan Neymar Barselonada olduğu müddətdə rəsmi oyunlarda cəmi 256 saat oynayıb. Bu rəqəm onun "Counter-Strike 2”də keçirdiyi vaxtdan xeyli aşağıdır.

Qeyd edək ki, son zamanlar meydanda o qədər də aktiv olmasa da, virtual aləmdə həddindən artıq aktiv olan Neymar tez-tez "Counter-Strike 2” oyununa həvəsi ilə gündəmə gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti