...

Paytaxtda 2 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Gündəm Materials 23 İyul 2025 16:22 (UTC +04:00)
Paytaxtda 2 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

24-25 iyul tarixlərində 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, 24-25 iyul tarixlərində 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

"Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Şonqar qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – “Sədərək” ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə Güzdək qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – Lökbatan qəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq", - qurumdan qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti