...

Səfir: "İndoneziyada baş verən zəlzələ zamanı xəsarət alan azərbaycanlılarla bağlı səfirliyə məlumat daxil olmayıb"

Hadisə Materials 14 Sentyabr 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın İndoneziyadakı səfirliyi normal rejimdə fəaliyyət göstərir və diplomatik missiyaya, baş verən zələzələ zamanı azərbaycanlı turistlərin xəsarət alması ilə bağlı məlumat daxil olmayıb, bu barədə cümə günü telefonla Cakartadan Azərbaycanın bu ölkədəki səfiri İbrahim Hacıyev bildrib.

İndoneziyanın Milli Meteorologiya və Geofizika İdarəsindən verilən məlumatda bildirilib ki,

6,9 bal gücündə zəlzələ cümə günü, yerli vaxtla saat 13:01-də İndoneziyanın Sumatra adasının sahilində baş verib. Episentr okeanın 10 kilometr dərinliyində yerləşir, seysmoloqlar sunaminin baş verəcəyi təhlükəsininin olduğunu bildirirlər.

"Azərbaycan səfirliyi zəlzələnin baş verdiyi yerdən çox uzaqda yerləşir, buna görə də səfirliyin əməkdaşları və onların ailələri üçün heç bir təhlükə yoxdur" - deyə səfir bildirib. Azərbaycanın diplomatik missiyasının rəhbəri, həmçinin, ölkədə cümə axşamı baş verən zəlzələ zamanı səfirliyin əməkdaşlarının evakuasiya olunması ilə bağlı məlumatı təkzib edib. Ümumilikdə, Rixter şkalası ilə 2-5 bal gücündə 40-a yaxın təkan baş verib.

Xəbər lenti

Xəbər lenti