...

Azərbaycanın 10-dan artıq rayonunda yeraltı təkanlar qeydə alınıb

Hadisə Materials 20 Sentyabr 2007 10:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın 10-dan artıq rayonunda yeraltı təkanlar qeydə alınıb, cümə axşamı Trend ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Arif Həsənov bildirib. Onun sözlərinə görə, dünən axşam saat 21.58-də mərkəzi episentri Tərtər şəhərindən 20 kilometr cənub-qərbdə 4,5 bal gücündə zəlzələ baş verib.

"Zəlzələ nəticəsində dağıntılar qeydə alınıb, itki yoxdur" - Həsənov deyib.

Yeraltı təkanlar Tərtər, Naftalan rayonlarında 4, Şəmkir, Mingəçevir 3, Bərdə, Ağdam və Qarabağın digər rayonlarında isə 2,5 bal gücündə hiss olunub.

Həsənov bildirib ki, çərşənbə günü axşam saat 23.59-da isə mərkəzi episentri Lənkəran-Lerik yolunda da 3,5 bal gücündə zəlzələ olub. Yardımlı, Lənkəran, Lerik rayonlarının özündə yeraltı təkanların gücü 3 bal qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti