...

Xaçmazda qətl hadisəsi baş verib

Hadisə Materials 24 Sentyabr 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Xaçmaz rayonunun Xudat şəhərində sentyabrın 23-dən 24-nə keçən gecə qətl hadisəsi baş verib. Trend in bölgə müxbirinin məlumatına görə, 41 yaşlı Sumqayıt şəhər sakini Mübariz Novruzov bıçaqla keçmiş qaynatası 76 yaşlı Əziməmməd Səmədovu yaşadığı evin həyətində qətlə yetirib. Səmədovu xəstəxanaya çatdırmaq mümkün olsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xudat şəhər Polis Şöbəsinin əməkdaşları cinayətkarı sərxoş vəziyyətdə tutublar. O, cinayətini etiraf etsə də, törətdiyi əməldən peşiman olmadığını deyib. Novruzov törətdiyi cinayətin səbəbi kimi qaynatasının onun ailəsini dağıtmasını göstərib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti