...

Bakıda qumbara partlaması nəticəsində iki uşaq yaralanıb

Hadisə Materials 3 Oktyabr 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Bakinin Binəqədi rayonu ərazisində, Müşfiqabad qəsəbəsində çərşənbə günü səhər saatlarında qumbara partlaması nəticəsində iki uşaq ağır xəsarət alıb.

Binəqədi rayon prokurorluğundan çərşənbə günü Trend ə bildirilib ki, uşaqlar-- 11 yaşlı Ruslan Hacıyev və 13 yaşlı Bəhruz Eyvazov-- ərazidən partlamamış qumbara tapıblar. Onlar qumbara ilə oynayarkən, silah partlayıb və uşaqlardan birinin qolunu, digərinin ayağını qoparıb.

Prokurorluq əməkdaşları hadisənin səbəblərini araşdırır.

Xəsarət alan uşaqlar Tibbi Kliniki Mərkəzə aparılıblar.

Mərkəzdən Trend ə bildirilib ki, xəsarət alan uşaqlar cərrahiyyə şobəsinə yerləşdiriliblər və bu saatlarda üzərlərində əməliyyat aparılır.

Xəbər lenti

Xəbər lenti