...

Domodedovo aeroportu yaxınlığında həlak olan İlqar Haşımovun cəsədi Bakıya göndərilib

Hadisə Materials 9 Noyabr 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova/ Azərbaycanın Rusiyadakı Səfirliyinin yanında fəaliyyət göstərən konsulluğun və "AZAL" Azərbaycan Hava Yolları Dövlət Konserninin yardımı ilə, Domodedovo aeroportu yaxınlığında həlak olan İlqar Haşımovun cəsədi Bakıya göndərilib.

2007-ci il oktyabrın 22-də meşədə, Domodedovo aeroportu yaxınlığında yeniyetmənin meyidi tapılıb. Tapılan əşyalara və sənədlərə əsasən, həlak olanın şəxsiyyəti təyin olunub. Bu, 15 yaşlı Azərbaycan vətəndaşı İlqar Hüseynqulu oğlu Haşımovdur.

Əməliyyatçıların çəkdiyi fotolara əsasən, Haşımovun valideynləri həlak olmuş yeniyetmənin öz oğulları İlqarın olduğunu təsdiq ediblər. Həlak olanın atası və dayısı Hüseynqulu Haşımov və Vaqif Nəbiyev 2007-ci il noyabrın 5-də "AZAL" Dövlət Konserninin əməkdaşlarının müşayiətilə Moskvaya gəliblər və Səfirliyin qonaq evində yerləşdiriliblər. Səfirliyin əməkdaşının iştirakı ilə, noyabrın 6-da bu işlə bağlı istintaq aparan RF-nın hüquq- müdafiə orqanları ilə görüş keçirilib. Cəsədin tanınması noyabrın 7-də olub.

Xəbər lenti

Xəbər lenti