...

Şamaxı şəhərində odlu silahla qətl hadisəsi törədilib

Hadisə Materials 17 Dekabr 2007 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Şamaxı şəhərində odlu silahla qətl hadisəsi törədilib.

Şəhərin Axundov küçəsində bazar günü saat 18.00 radələrində Bəylər Həşimov bibisi oğlu Mirbaba Qədimovu ov tüfəngi ilə atəş açaraq qətlə yetirib.

Şamaxı rayon prokurorluğundan bazar ertəsi Trend ə bildirilib ki, Həşimov bibisi oğlunu intiqam almaq məqsədilə öldürüb. Prokurorluqdan bildirilib ki, ötən il Qədimovlar Həşimovların ailə üzvlərindən birini qətlə yetirmişdi.

Həşimov hadisə yerindən qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti