...

Astarada 3 boru oğrusu yaxalanıb

Hadisə Materials 17 Yanvar 2008 20:48 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 17 yanvar / Trend , müxbir P.Əliyeva/ Astara rayon polis şöbəsinin əməkdaşları rayonun Şahağacı kəndi ərazisində Astara suvarma sistemləri idarəsinə məxsus yeraltı su borularını oğurlamaq istəyən 3 nəfəri yaxalayıb. Şahağacı kənd sahinləri? 1967-ci təvəllüdlü Həsənov İlqar Əlihəsən oğlu, 1970-ci təvəllüdlü Həsənov Elşən Kamal oğlu və Həsənov Nəsimi Surət oğlu, qabaqcadan əlbir olaraq, hər birinin uzunluğu 5 metr olan diametri 273 millimetrlik 9 ədəd su borusunu 50-60 sm dərinlikdən qazaraq çıxarıblar. 2 ədəd belə su borusunu isə,tamamilə yararsız hala salıblar. Ümumilikdə Astara rayon suvarma sistemləri idarəsinə 1000 manat məbləğində ziyan dəyib. Araşdırmalar zamanı məlum olub ki, İlqar əvvəllər narkotik maddələrin saxlanmasına görə, Elşən isə, həmkəndlisinə ağir bədən xəsarəti yetirdiyinə görə məhkum olunublar. Ekspertiza müayinəsi hər üçünün narkotik istifadəcisi olduğunu müəyyən edib. Faktla bağlı Astara rayon polis şöbəsində 177.2.1. maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti