...

Azərbaycan FHN-in rəhbəri Bakıda yaşayış binasında baş verən partlayışın ilkin səbəblərini açıqlayıb

Hadisə Materials 13 Dekabr 2008 12:12 (UTC +04:00)
Azərbaycan FHN-in rəhbəri Bakıda yaşayış binasında baş verən partlayışın ilkin səbəblərini açıqlayıb

Azərbaycan, Lənkəran, 13 dekabr/ Tren , müxbir P.Əliyeva/ Bakıda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından o cümlədən biri uşaq olmaqla, altı nəfər çıxarılıb. Bu barədə şənbə günü Trend -a Lənkəranda işgüzar səfərdə olan Azərbaycanın fövqəldadə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Şənbə günü səhər Bakının Nizami rayonunda, Naxçivani 34 ünvanında, ticarət bazarının qarşısında yerləşən yaşayış binasında partlayış baş verib. Nəticədə binanın bir girişi tamamilə dağılıb.

Partlayış barədə məlumat nazirliyə 8.23-də daxil olub. Nazir bildirib ki ilkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Heydərov deyib ki, buna dördüncü mərtəbədəki mənzillərdən birində təmir işlərinin aparılması səbəb ola bilər.

Xilas etmə işləri davam etdirilir.

Bakıda yaşayış binasında partlayış zamanı yaralanan üç nəfərin adları açıqlanıb. "Bakı şəhərinin Musa Nağıyev adına təcili yardım xəstəxanasına körpücük sümüyünün sınığı və kəllə-beyin travması ilə 23 yaşlı Mahmudova Oksana Aleksandrovna və ayaq sınığı və kəllə-beyin travması ilə 22 yaşlı Kərimov Şirxan Ataş oğlu çatdırılıb", - növbətçi həkim Sabit Qurbanov Trend -a bildirib.

5 saylı xəstəxanaya ağır yanıqlarla 68 yaşlı Qurbanova Növrəstə gətirilib.

Müxbirin hadisə yerindən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım briqadaları hadisə yerində işləyir, xilasetmə işlərinə xüsusi təlim keçmiş itlər cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və "Azəriqaz" QSC-nin rəhbəri hadisə yerinə gəlib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti