...

Bakıda şirkət qarət olunub

Hadisə Materials 20 Yanvar 2009 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir S. Kazımlı / Bakıda yerləşən şirkətlərin biri naməlum şəxslər tərəfindən qarət edilib. Oğurluq edən şəxslər şirkətdən xeyli pul və əşyalar oğurlayıblar, -çərşənbə axşamı Trend -a  Yasamal rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

RPİ-dən bildiriblər ki, yanvarın 18-də axşam saatlarında naməlum şəxslər rayon ərazisində yerləşən "Azmeks" poçt şirkətinin qapısını sındırmaqla oradan 6 min avro, 1300 manat pul, bir ədəd televizor və 7 ədəd kompüter oğurlayıblar.  Oğurluq  edənlərin tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat -axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Yasamal RPİ- də Azərbaycan Cinayət Məcəlləsinin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədilməsi (177.2.3-ci) və külli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.3.2-ci) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti