Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Bakının mərkəzində Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) əsas binası ilə üzbəüz yerləşən binanın yuxarı mərtəbələri yanır. Fövqəladə Hallar Nazirliyinin briqadası hadisə yerinə gəlib. Təhlükəsizlik məqsədilə ADNA -nın əməkdaşları iş yerlərini tərk ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]