...

Azərbaycanda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Hadisə Materials 9 Mart 2009 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Kürdəmir rayonu ərazisində (paytaxt Bakıdan 180 kilometr aralı) üç nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib, - bazar ertəsi Trend -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bazar günü saat 20.00 radələrində Kürdəmir rayonunun Meyniman kəndi ərazisində Yevlax rayon sakini Həmid Əfəndiyevin idarə etdiyi "VAZ-2107"  markalı və Samux rayon sakini Siyavuş Məmmədovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşublar. Nəticədə Əfəndiyevin idarə etdiyi avtomobildəki sərnişinlər - Oğuz rayon sakini Gülmayə Zakirova, Yevlax rayon sakinləri Fəridə Əfəndiyeva və Nizami Qurbanov hadisə yerində ölüb, xəsarət almış Əfəndiyev və digər sərnişin - qızı Səba Əfəndiyeva isə xəstəxanaya yerləşdiriliblər.

Kürdəmir RPŞ tərəfindən araşdırmalar aparılır.

Azərbaycanda bu, son bir həftədə üçüncü ağır yol nəqliyyat hadisəsidir. Ötən həftə Bakıda baş verən yol qəzası nəticəsində 5 nəfər, İmişli rayonunda isə avtomobilin su kanalına düşməsi nəticəsində 4 nəfər ölüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti