...

Bakıda qətl hadisəsi baş verib

Hadisə Materials 15 İyun 2009 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Bakının Əzizbəyov rayonunda qətl hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend -a verilən məlumata görə, naməlum şəxs Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan 29 yaşlı Həsrət Azayevə bud nahiyəsindən bıçaqla xəsarət yetirib.

Azayev xəstəxanaya aparılarkən yolda keçinib.

Əzizbəyov rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azayevi qətlə yetirən 26 yaşlı Taləddin Rəhimov iyunun 14-də tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcələsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti