...

Azərbaycanın cənubunda qoca kişi intihar edib

Hadisə Materials 19 İyun 2009 12:05 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 19 iyun / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) 71 yaşlı kişi intihar edib.

Lənkəran rayon Prokurorluğunun müstəntiqi Rəşad Tanrıverdiyev cümə günü Trend -a bildirib ki, bu gün səhər saatlarında Lənkəranın Boladi kəndində intihar hadisəsi baş verib. Onun dediyinə görə, kənd sakini 71 yaşlı Ramazanov Ramazan Məmmədhəsən oğlu özünü kəndirlə asıb. Mərhumu səhər evdə tapmayan həyat yoldaşı onu qonşularının həyətindəki tövlədə asılmış vəziyyətdə aşkar edib.

Mərhum kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Yüksək təzyiqdən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti