...

Azərbaycanda polis şöbəsində saxlanılan şəxs intihar edib

Hadisə Materials 3 İyul 2009 11:16 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 03 iyul / Trend , müxbir P.Əliyeva /  

Azərbaycanın cənubunda yerləşən (paytaxt Bakıdan 270 kilometr aralı) Lənkəran rayon polis şöbəsində intihar hadisəsi qeydə alınıb.

Lənkəran rayon Prokurorluğundan cümə günü Trend -a verilən məlumata görə, dünən səhər saatlarında təqsirləndirilən şəxs qismində polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan, əvvəllər məhkum olunmuş 46 yaşlı Rüstəm Əliyev intihar edib.

Əliyev saxlandığı kameranın qapısındakı dəmir barmaqlıqdan özünü köynəyi ilə asıb.

Kamera yoldaşlarının verdiyi məlumata görə, Əliyev narkotika aludəçisidir. Bu səbəbdən onun spazmalarının tutduğu və bu ağrılara tab gətirə bilmədiyi üçün intihar etdiyi güman olunur.

Faktla bağlı Prokurorluqda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi başlanıb.

Əliyev narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətdə ittiham olunaraq həbs olunmuşdu.

Azərbaycanda 2009-cu ilin yarım ili ərzində 152 nəfər intihar edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti