İranda argentinalı diplomat həbs olunub

Hadisə Materials 29 Sentyabr 2009 15:22 (UTC +04:00)
İranda antik əşyalar qaçaqmalçılığında ittiham olunan argentinalı diplomat həbs olunub.
İranda argentinalı diplomat həbs olunub

İranda antik əşyalar qaçaqmalçılığında ittiham olunan argentinalı diplomat həbs olunub. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Argentinanın Tehrandakı səfirliyində çalışan diplomat İrandan antik əşyaları çıxarmaq istəyərkən həbs olunub.

Argentinalı diplomat 250 bağlamada antik əşya, əlyazmalar, qədim tüfənglər və s. yerləşdirərək ölkədən qeyri-qanuni şəkildə çıxarmaq istəyərkən həbs olunub. İranın gömrük işçiləri bağlamaların sayının çox olmasından şübhələnərək baxış keçiriblər və tapılan antik əşyalar müsadirə olunub.

Məlumata əsasən, antik əşyaların ümumi həcmi 3 ton olub.

Xəbər lenti

Xəbər lenti