...

Azərbaycanda qanunsuz küçə ticarəti ilə məşğul olan əcnəbi vətəndaşlar saxlanılıb

Hadisə Materials 18 Dekabr 2009 16:48 (UTC +04:00)
Əzizbəyov rayon Polis İdarəsinin 2-ci polis bölməsindən Trend News-a verilən məlumata görə, saxlanılan şəxslər Pakistan Respublikası vətəndaşları - 1981-ci il təvəllüdlü Khan Sarfran və 1984-cü il təvəllüdlü Atta Ur Rehmandır.
Azərbaycanda qanunsuz küçə ticarəti ilə məşğul olan əcnəbi vətəndaşlar saxlanılıb

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qanunsuz küçə ticarəti ilə məşğul olan əcnəbi vətəndaşlar saxlanılıb.

Əzizbəyov rayon Polis İdarəsinin 2-ci polis bölməsindən Trend -a verilən məlumata görə, saxlanılan şəxslər Pakistan Respublikası vətəndaşları - 1981-ci il təvəllüdlü Khan Sarfran və 1984-cü il təvəllüdlü Atta Ur Rehmandır.

Onlar İnzibati Xətalar Məcəlləsinin müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsi (235) maddəsi ilə cərimə olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti