...

Azərbaycanda məhkəmə prosesi zamanı məhkum damarlarını doğrayıb

Hadisə Materials 22 Dekabr 2009 15:48 (UTC +04:00)
Trend News-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Ceyhun Məmmədovun cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxs kəsici alətlə qol damarlarını kəsib və intihara cəhd edib.
Azərbaycanda məhkəmə prosesi zamanı məhkum damarlarını doğrayıb

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda məhkəmə prosesi zamanı məhkum damarlarını doğrayıb.

Trend -un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Ceyhun Məmmədovun cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxs kəsici alətlə qol damarlarını kəsib və intihara cəhd edib. Proses təxirə salınıb.

Məhkuma tibbi yardım göstərilib.

Bu ilin avqustunda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məmmədov görüş otağında onunla görüşməyə gələn həyat yoldaşına onun boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət yetirmişdi. Məmmədova xəstəxanaya yerləşdirilmişdi və ilkin tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olmuşdu.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd (29,120.2.4), təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd (29,120.2.9) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti