...

Güclü qasırğa nəticəsində Azərbaycanın iki rayonu tamamilə işıqsız qalıb

Hadisə Materials 3 Yanvar 2010 13:35 (UTC +04:00)
Azərbaycanın cənub bölgəsində güclü qasırğa nəticəsində Lerik və Yardımlı rayonları tamamilə işıqsız qalıb. Bu barədə Trend News-un bölgə müxbiri məlumat verir.
Güclü qasırğa nəticəsində Azərbaycanın iki rayonu tamamilə işıqsız qalıb

Azərbaycan, Lənkəran, 3 yanvar / Trend , müxbir P.Əliyeva/

Azərbaycanın cənub bölgəsində güclü qasırğa nəticəsində Lerik və Yardımlı rayonları tamamilə işıqsız qalıb. Bu barədə Trend -un bölgə müxbiri məlumat verir.

Rayon Fövqəladə Hallar Komissiyalarından alınan məlumata görə, saniyədə 30-40 metr sürəti ilə asan külək Lerik rayonunda 300-dən artıq elektik dirəyini, o cümlədən 4 yüksək gərginlikli elektik dirəyini yıxıb. Nəticədə, rayonda onlarla kilometr elektrik naqil qırılıb, rayonun heç bir yaşayış məntəqəsində işıq yoxdur. Müəyyən yaşayış məntəqələrində rabitədə ciddi problemlər yaranıb.

Bir çox binanın dam örtüyü uçub. Qasırğa nəticəsində rayonun Bırkandul meşə massivində 3 hektar ərazidə yanğın baş verib.

Yardımlı rayonunda qasırğa nəticəsində 100-dən artıq elektik dirəyi aşıb, 3 fərdi ev dağılıb, 3 məktəbin dam örtüyü uçub.

Bərpa işləri hazırda aparılmır, çünki şiddətli külək hələ də davam edir. Baş vermiş təbii fəlakət barədə Nazirlər Kabineti və FHN-ə teleqram vurulub.

Xəbər lenti

Xəbər lenti