Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanın Sumqayıt şəhərindəki (paytaxt Bakıdan 30 kilometr aralı) zavodda yanğın baş verib.
Trend -un Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, "Azərkimya" Dövlət Şirkətinə məxsus Sintez-Kauçuk Zavodunun ərazisindəki elektrik stansiyasının yerləşdiyi ümumi sahəsi 1500 kv.m. olan ikimərtəbəli binanın 1-ci mərtəbəsində elektrik kabelləri 100 paqon metr uzunluqda və 2-ci mərtəbəsində elektrik şitlərinin yerləşdiyi otaqda döşəmənin yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.
Faktla bağlı araşdırma aparılır.