...

Azərbaycanın paytaxtında şadlıq sarayı qarət olunub

Hadisə Materials 27 Yanvar 2010 15:39 (UTC +04:00)
Azərbaycanın paytaxtında şadlıq sarayı qarət olunub
Azərbaycanın paytaxtında şadlıq sarayı qarət olunub

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın paytaxtında şadlıq sarayı qarət olunub.

Bakının Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsindən verilən məlumata görə, 3 nəfər naməlum şəxs Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsində yerləşən "Gilan" şadlıq sarayının gözətçisi Rasim Eyvazova bıçaqla hədə-qorxu gələrək onun əl-ayağını bağlayıb və şadlıq sarayındakı seyfi özləri ilə aparıblar.

Şöbədən bildirilib ki, seyfdə olan pulun məbləği hələlik məlum deyil. Bildirilib ki, şadlıq evinin rəhbərliyi bu barədə idarəyə məlumat verməyib.

Faktla bağlı İdarədə Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxslərin axtarışı üçün tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti