...

Bakı aeroportunun işinə məhdudiyyətlər qoyulub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Fevral 2010 11:57 (UTC +04:00)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Heydər Əliyev adına Bakı aeroportu təyyarələri qəbul etmir və yola salmır. Bu barədə cümə günü "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən deyilib.
Bakı aeroportunun işinə məhdudiyyətlər qoyulub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir E.İsmayılov/

Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Heydər Əliyev adına Bakı aeroportu təyyarələri qəbul etmir və yola salmır. Bu barədə cümə günü "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən deyilib.

"Bakı aeroportu işləyir. Lakin aeroportdan təyyarələrin uçuşu və təyyarələrin qəbulu həyata keçirilmir. Bütün bunlar pis hava şəraiti ilə əlaqədardır", - AZAL-dan deyilib.

AZAL-dan deyildiyi kimi, gəlməkdə olan təyyarələrin reysləri saat 13.00-dək dayandırılıb.

Bakıya istiqamətlənmiş təyyarələr hazırda Krasnovodsk, Gəncə və digər ehtiyat aeroportlardadır.

"Təhlükəsizliyin təmin olunması məqsədilə bu məsələlərdə tələsmək olmaz", - AZAL-dan qeyd edilib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin sözlərinə görə, Bakı aeroportu təyyarələri qəbul etməyə və yola salmağa tam hazırdır, lakin pis hava şəraiti ilə əlaqədar olaraq görünmənin pisləşməsinə görə işlər çətinləşib.

"Aeroport işə tam hazırdır. Lakin pis görmə işlərə mane olur", -Səfərli deyib.

Xəbər lenti

Xəbər lenti