...

Azərbaycanın Göygöl rayonunda torpaq sürüşməsi olub

Hadisə Materials 30 Aprel 2010 13:16 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə günü yaydığı məlumata görə, aprelin 28-də də saat 18:00 radələrində Göygöl rayonu Aşıqlı kəndində Gəncə - Hacıkənd avtomobil yolundan kənarda torpaq sürüşməsi baş verib.
Azərbaycanın Göygöl rayonunda torpaq sürüşməsi olub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Göygöl rayonunda torpaq sürüşməsi olub.

Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə günü yaydığı məlumata görə, aprelin 28-də də saat 18:00 radələrində Göygöl rayonu Aşıqlı kəndində Gəncə - Hacıkənd avtomobil yolundan kənarda torpaq sürüşməsi baş verib.

Nəticədə, asfalt örtüklü yolda, təxminən, 30 m uzunluqda və 3 sm enində çat əmələ gəlib. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin mütəxəssisləri hadisə yerinə baxış keçiriblər. Hazırda yolda aidiyyəti qurumlar tərəfindən təmir-bərpa işləri aparılır.

Göygöl paytaxt Bakıdan 380 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti