...

"Bakıelektrikşəbəkə"nin ofisindəki seyfdən külli miqdarda pul oğurlanıb

Hadisə Materials 2 Avqust 2010 12:01 (UTC +04:00)
Cinayətin kimlər tərəfindən törədildiyi hələlik müəyyən olunmadığından, oğurlanan pulun məbləği və cinayətin təfərrüatları barədə idarədən əlavə məlumat verilməyib.
"Bakıelektrikşəbəkə"nin ofisindəki seyfdən külli miqdarda  pul oğurlanıb

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir K.Zərbalıyeva/

"Bakıelektrikşəbəkə"nin ofisində oğurluq olub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, "Bakıelektrikşəbəkə" ASC-nin "28 May" küçəsindəki ofisindən avqustun 1-dən 2-nə keçən gecə naməlum şəxslər tərəfindən seyfdən külli miqdarda pul oğurlanıb.

Cinayətin kimlər tərəfindən törədildiyi hələlik müəyyən olunmadığından, oğurlanan pulun məbləği və cinayətin təfərrüatları barədə idarədən əlavə məlumat verilməyib.

Nəsimi Rayon Polis İdarəsindən də Trend-ə bildirilib ki, hadisənin kimlər tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti