Azərbaycan, Bakı, 4sentyabr /Trend/
Ağstafa rayonu ərazisində İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlqələr şöbəsinin rəisi Kamran Əliyev şənbə günü Trend-ə bildirib.
Qəza nəticəsində Türkiyə vətandaşı olan avtobus sürücüsü həlak olub. Sürücü köməkçisi ağır bədən xəsarətləri alıb.
Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.
Ağstafa rayonunda avtobus qəzaya uğrayıb, Türkiyə vətandaşı həlak olub