...

"Domodedovo"da törədilən terror aktında şübhəli bilinən ilk şəxsin adı açıqlanıb – KİV

Hadisə Materials 27 Yanvar 2011 13:08 (UTC +04:00)
Moskvanın "Domodedovo" hava limanında baş vermiş terror aktında şübhəli bilinən ilk şəxs - Şimali Qafqaz və Cənub federal dairələrin DİN və FTX orqanlarında adı bilinməyən, lakin familiyası Razdobudko olan Stavropol sakinidir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Kommersant" qəzeti yazır.
"Domodedovo"da törədilən terror aktında şübhəli bilinən ilk şəxsin adı açıqlanıb – KİV

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Moskvanın "Domodedovo" hava limanında baş vermiş terror aktında şübhəli bilinən ilk şəxs - Şimali Qafqaz və Cənub federal dairələrin DİN və FTX orqanlarında adı bilinməyən, lakin familiyası Razdobudko olan Stavropol sakinidir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Kommersant" qəzeti yazır.

Nəşrin məlumatlarına əsasən, güman edilir ki, bu, ötən ilin oktyabr ayında dağılmış "Noqayskiy camaat" terror qrupunun iştirakçısıdır. Hüquq mühafizə orqanlarında onun yanvarın 24-də "Domodedovo" hava limanında törədilmiş və 35 nəfər insanın həyatına son qoymuş terror aktının təşkilatçısı və hətta icraçısı ola bildiyini istisna etmirlər, "RİA Novosti" yazır.

Bu məlumat hələ rəsmi təsdiq olunmayıb.

"O, (Razdobudko) terror aktında şübhəli bilinən şəxslər arasında yoxlanılan yeganə insan deyil. Buna görə də nəticə çıxarmaqda tələsməyə dəyməz", - tədqiqat aparan hüquq mühafizə orqanlarındakı mənbə bildirib.

Onun sözlərinə görə, "Domodedovo"da həlak olan terrorçu-intiharçının şəxsiyyətini müəyyən etmək üçün müqayisəli DNK ekspertizaları aparılmalı, tanınmaq üçün onun fotokompozisiya portreti hazırlanmalı və digər tədqiqat və operativ əməliyyatlar aparılmalıdır.

Partlayış yanvarın 24-də "Domodedovo" beynəlxalq hava limanında baş verib.İlkin məlumatlara əsasən, sərnişinlər arasında olan terrorçu-intiharçı metal elementlərlə doldurulmuş partlayıcı qurğunu işə salıb. 35 nəfər həlak olub, onlarla insan yaralanıb. Faktla bağlı iki cinayət işi açılıb. Birincisi, RF-nin cinayət məcəlləsinin dörd maddəsi, o cümlədən terror aktı ilə bağlı maddə ilə, ikincisi, hava limanında nəqliyyat təhlükəsizliyinin təmin olunması üzrə tələblərin yerinə yetirilməməsi maddəsi ilə.

Xəbər lenti

Xəbər lenti