...

BMT missiyasının təyyarəsi Kinşasa aeroportunda qəzaya uğrayıb - agentlik

Hadisə Materials 4 Aprel 2011 19:13 (UTC +04:00)
BMT missiyasının təyyarəsi Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa şəhərində qəzaya uğrayıb. Bu barədə Trend "Frans Press" agentliyinə istinadən məlumat verir.
BMT missiyasının təyyarəsi Kinşasa aeroportunda qəzaya uğrayıb - agentlik

BMT missiyasının təyyarəsi Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa şəhərində qəzaya uğrayıb. Bu barədə Trend "Frans Press" agentliyinə istinadən məlumat verir.

Hadisənin təfərrüatları barədə hələ ki məlumat verilmir.

Konqo təyyarələrin təhlükəsizliyinə görə dünyada sonuncu yerlərdən birini tutur.

Cari ilin fevralında Çexiya istehsalı olan ikimühərrikli Let-410 təyyarəsi eniş edən zaman təpənin başına toxunaraq qəzaya uğramışdı. Konqonun özəl "African Air Services" şirkətinə məxsus olan təyyarə BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icarəyə götürülmüşdü.

Xəbər lenti

Xəbər lenti