...

Saxta diplom satan Bakı sakinləri yaxalanıblar

Hadisə Materials 19 Aprel 2011 13:12 (UTC +04:00)
Bakı şəhər sakinləri Şamama Şıxəliyeva və Nərgiz Məmmədova saxta diplom satdıqlarına görə tutulublar. Bu barədə çərşənbə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Saxta diplom satan Bakı sakinləri yaxalanıblar

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir T.Hacıyev/

Bakı şəhər sakinləri Şamama Şıxəliyeva və Nərgiz Məmmədova saxta diplom satdıqlarına görə tutulublar. Bu barədə çərşənbə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Şamama Şıxəliyeva və Nərgiz Məmmədova əlbir olaraq Aysel Abdıyevanın adına tərtib edilmiş Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin maliyyə-kredit fakültəsini bitirməsi barədə saxta diplomu 5 000 dollara satdıqlarına görə saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti