...

Azərbaycanda bu ilin birinci rübündə qeydə alınan yol qəzalarında 17 uşaq ölüb

Hadisə Materials 30 Aprel 2011 13:16 (UTC +04:00)
Bu ilin birinci rübündə Azərbaycanda qeydə alınan yol qəzalarında 17 uşaq ölüb. Bu barədə Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Azərbaycanda bu ilin birinci rübündə qeydə alınan yol qəzalarında 17 uşaq ölüb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin birinci rübündə Azərbaycanda qeydə alınan yol qəzalarında 17 uşaq ölüb. Bu barədə Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Hesabat dövründə qeydə alınmış 697 yol qəzası nəticəsində 49 nəfər uşaq və yeniyetmə xəsarət alıb. Həlak olanların 10-u, yaralananların isə 30 nəfəri piyadalardır.

İdarədən bildirilib ki, respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələrində 204 nəfər həlak olub, 730 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 180 (34,8 faiz), həlak olanların sayı 25 nəfər (13,9 faiz), yaralananların sayı isə 212 nəfər (40,9 faiz) artıb.

Hadisələrin 90,7 faizi (632) sürücülərin günahı üzündən baş verib. Qəzaların 43 faizi (300) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 20,5 faizi (143) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 9,3 faizi (65) yolayrıclarını keçmə qaydalarının pozulması, 3 faizi (21) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Hadisələrin 43,9 faizini (306) piyadaların vurulması təşkil edib, nəticədə 95 piyada həlak olub, 226-sı yaralanıb.

Xəbər lenti

Xəbər lenti